09 aprel 2018, 15:50

Tural Kərimovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Mingəçevir Sənaye Parkında istehsal müəssisələrinin istifadəyə verilməsi ilə yüzlərlə gəncin iş problemi öz həllini tapdı. Bu, gənclərimizin hədsiz sevincinə səbəb oldu.

Buna görə şəhər gəncləri adından Sizə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, növbəti müəssisələr də tezliklə fəaliyyətə başlayacaq.

Çox sağ olun, cənab Prezident!

Mingəçevir gəncləri adından dərin hörmətlə,

Kərimov Tural Adil oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.