10 aprel 2018, 12:50

Roza Bayramovadan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mingəçevir şəhərində “ASAN xidmət” kompleksinin açılması və fəaliyyət göstərməsi biz sakinləri çox razı salır. Lazım olan işlərimizi heç bir əziyyət çəkmədən və əlavə vaxt itirmədən görürük. Kompleksin işçiləri hər kəsə diqqətlə yanaşır və yüksək xidmət göstərirlər.

Çox sağ olun, cənab Prezident! Biz Sizin fəaliyyətinizi yüksək qiymətləndiririk.

Hörmətlə,

Bayramova Roza Həsən qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.