11 aprel 2018, 15:05

Vadim Gevorkovdan, Qəbələ rayonu, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Qəbələ rayonun Nic qəsəbəsindəki 5 saylı tam orta məktəbdə təhsil alıram. Martın 26-29-da Sizin tapşırığınızla həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etdim. Biz bu günlər ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi-mədəni abidələri ilə yaxından tanış olduq. Bizdə bu bölgə haqqında gözəl təəssüratlar yarandı. Bu tur-aksiya sayəsində yeni biliklərə yiyələndik.

Əziz Prezidentimiz, bu qayğı və diqqətə görə tur-aksiya iştirakçıları adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Gevorkov Vadim Viktoroviç.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.