11 aprel 2018, 15:20

Əli Əliyevdən, Tovuz, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Tovuza göstərdiyiniz diqqət və qayğı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, rayonumuzda da çox böyük işlər görülüb. Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamınız tovuzluların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edən tarixi bir sənəddir və bütün sakinlərimizin hədsiz razılığına, böyük sevincinə səbəb oldu.

Cənab Prezident, rayonumuzda yaşayan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi pənahında saxlasın.

Hörmətlə,

Əliyev Əli, Şəhid Ailələri və Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin Tovuz rayon şöbəsinin sədri.

Azərbaycan Respublikası, Tovuz rayonu.