11 aprel 2018, 15:40

Şiringül Həsənovadan, Lerik, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Vətənimizin ən ağır günlərində - Qarabağ müharibəsi dövründə övladlarımı ön cəbhəyə göndərmiş və Vətənə müqəddəs borcumu yerinə yetirmişəm. Bu gün də bir ana kimi bu müqəddəs borcu yerinə yetirdiyim üçün qürur duyuram.

O vaxtkı Azərbaycan ilə bugünkü Azərbaycanı bir anlığa gözümün önünə gətirirəm və ailəmizin, xalqımızın, bir sözlə, ölkəmizin əmin-amanlığına görə Sizə minnətdarlığımı bildirirəm. Dünyanın siyasi baxımdan təlatümlü dövründə ölkəmizin sabitliyi və inkişafı Sizin müdrikliyinizin və uğurlu siyasətinizin bəhrəsidir. Bu tərəqqi yaşadığım kənddə də hiss olunur. Xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər öz nəticəsini verməkdədir. Kəndimizə yeni qaz xəttinin çəkilməsi, məktəb binasının tikilməsi, su probleminin həll olunması məqsədilə atılan addımlar elimizin xoşbəxt gələcəyindən xəbər verir.

Çox hörmətli cənab Prezident, bir şəhid anası kimi ölkəmizin inkişafına və tərəqqisinə, həmçinin şəhid ailələrinə göstərilən qayğıya görə ailəmiz adından Sizə təşəkkür edirəm. Qoy, Ulu Tanrı tutduğunuz bu ədalətli və mütərəqqi yolda hər zaman yardımçınız olsun!

Hörmətlə,

Həsənova Şiringül, şəhid anası.

Azərbaycan Respublikası, Lerik rayonu, Durğan kəndi.