11 aprel 2018, 15:45

Samir Abdullayev və başqalarından, Xocavənd, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba, Qusar, Xaçmaz rayonlarına təşkil olunan səyahətdə iştirak etdiyimizə görə çox sevinirik. Bir daha şahidi olduq ki, Azərbaycanımız çox gözəldir və gündən-günə inkişaf edir. Biz bu tur-aksiya zamanı çox şey öyrəndik. İnanırıq ki, tezliklə Qarabağımız düşməndən azad ediləcək və biz doğma yurd-yuvamıza dönərək oranın füsunkar təbiəti ilə tanış olacağıq. Biz həmin günün tezliklə gələcəyinə çox inanırıq.

Cənab Prezident, bizə yaratdığınız bu şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abdullayev Samir Bədir oğlu

Məmmədli Rövşanə Alı qızı

Süleymanov Sevinc Nazim qızı

Abdullayev Orxan Elpərəs oğlu.

Azərbaycan Respublikası, Xocavənd rayonu, Salakətin kəndi.