12 aprel 2018, 17:50

Abbas Məmmədov və başqalarından, Gədəbəy, Azərbaycan

Abbas Məmmədov və başqalarından, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə sabitlik qorunub saxlanılır, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, quruculuq işləri aparılır, insanlar rahat yaşayırlar. Bu gün Azərbaycan demokratik, qüdrətli, öz sözünü deməyə qadir bir ölkə kimi tanınır.

Biz gədəbəylilər çox sevinirik ki, ölkəmizin hər yerində olduğu kimi, Gədəbəydə də abadlıq-quruculuq işləri yüksək səviyyədə aparılır. Belə ki, Slavyanka-Qoşabulaq avtomobil yolunda əsaslı tikinti işləri gedir. Belə möhtəşəm yolun çəkilişi hər bir gədəbəylinin ürəyincədir. Yol mədəniyyət, inkişaf deməkdir.

Hörmətli cənab Prezident, Siz həmişə gədəbəylilərə diqqət, qayğı göstərirsiniz. Gədəbəylilər də daim Sizinlə olub və Sizinlədir. Sizin hər bir uğurunuz bizləri sevindir.

Bütün bunlara görə Gədəbəy rayonunun Nərimankənd kəndinin ağsaqqalları və ziyalıları adından dərin təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Məmmədov Abbas Məhərrəm oğlu

Hüseynov Sahib

Abbasov Üzeyir

Əsgərov İlqar

Qasımov İsa və başqaları.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Nərimankənd kəndi.