12 aprel 2018, 18:35

Tamella Suleymanovadan, Qazax rayonu, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz şəhid ailələrinə daim böyük qayğı və diqqət göstərirsiniz. Bizim yaşadığımız Qazax rayonunun Məzəm kəndinin və ona qonşu olan Quşçu Ayrım kəndinin mənfur düşmənlərimizlə yaxın məsafədə yerləşməsinə baxmayaraq, biz öz torpaqlarımızda rahat yaşayırıq. Bunun əsas səbəbi Sizin cəbhə bölgəsinə, burada yaşayan insanlara göstərdiyiniz diqqət və qayğıdır.

Qayğıkeş və sevimli Prezidentimiz, kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı və işlərinizdə böyük nailiyyətlər arzu edirik. Məzəm və Quşçu Ayrım kəndlərində yaşayan sakinlər Sizi daim dəstəkləyirlər.

Hörmətlə,

Suleymanova Tamella Qəzənfər qızı, şəhid anası.

Azərbaycan Respublikası, Qazax rayonu, Məzəm kəndi.