12 aprel 2018, 20:00

Çingiz Cabbarovdan, Qəbələ rayonu, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin tapşırığınıza əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində mənim övladım Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərdə iştirak edib və səyahətdən xoş təəssüratla qayıdıb. Balalarımız üçün yaratdığınız bu imkana görə ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm. Bu layihə ölkəmizin tanınmasında gənclərimizə həqiqətən böyük kömək etdi.

Cənab Prezident, biz həmişə Sizi dəstəkləmişik və Sizinləyik. Tanrı Sizi qorusun.

Hörmətlə,

Cabbarov Çingiz Yusif oğlu.

Azərbaycan Respublikası, Qəbələ rayonu.