13 aprel 2018, 18:20

X.Çıraqovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Kəndimizdə 40 şagird yerlik modul tipli məktəbin tikilməsi üçün verdiyiniz Sərəncam bizləri çox sevindirdi. Biz ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişik və bundan sonra da bu kursa sadiq qalacağıq.

Cənab Prezident, Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə ölkəmizin inkişafı naminə görəcəyiniz işlərdə hər zaman yanınızdayıq. Allah Sizi qorusun.

Hörmətlə,

Çıraqov X.

Azərbaycan Respublikası, İsmayılı rayonu, Girk kəndi.