13 aprel 2018, 18:23

Şöyüb Babayevdən, Lerik, Azərbaycan

Çox hörmətli Prezidentimiz cənab İlham Əliyev.

Lerik rayonunda yeni modul məktəblərin quraşdırılması ilə bağlı Sərəncamınızı ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi qayğının davamı hesab edirik.

Bu Sərəncam pedaqoji fəaliyyətlə məşğul olan bütün insanların sevincinə səbəb oldu. İnşa olunacaq məktəblərdən biri də bizim Monidigah kənd tam orta məktəbidir.

Əziz Prezidentimiz, məktəbimizin kollektivi adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, bundan sonra da bütün qüvvəmizi gənc nəslin sağlam ruhda böyüməsinə və inkişaf etməsinə, bilikli, vətənpərvər şagirdlərin yetişdirilməsinə sərf edəcəyik. Yaxşı şəraiti olan siniflərdə müasir təlim texnologiyalarından, ən müasir təlim metodlarından istifadə etməklə nailiyyətlərimizi artıracaq, öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, dövlətimizin, onun rəhbərliyinin etimadını doğruldacağıq.

Cənab Prezident, kollektivimizin bütün üzvləri Sizin siyasətinizi bəyənir, dəstəkləyir və ətrafınızda sıx birləşməklə həmişə Sizinlədir.

Hörmətlə,

Babayev Şöyüb Əkbər oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Monidigah kəndi.