Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirovdan

16 aprel 2018, 14:43

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin qələbəniz qanunauyğundur. Bu, ölkənin iqtisadi və mədəni inkişafında, beynəlxalq nüfuzunun möhkəmlənməsində Sizin siyasi kursunuza xalqın yüksək dəstəyini bir daha göstərdi.

Sizi dəstəkləmək üçün verilən səslərin yüksək faizi haqqında təkcə rəsmi rəqəmlər deyil, həm də Azərbaycandan olan həmkarlarımızın və dostlarımızın seçkilərdə seçicilərin fəallığının artması, nikbinlik və əminlik mühiti barədə zəngləri və məlumatları, sosial şəbəkələrdə geniş informasiya mübadiləsi və qarşılıqlı təbriklər buna əyani sübutdur.

Çox hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqının rifahı naminə böyük səylər tələb edən fəaliyyətinizdə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Qoy, həmişə olduğu kimi, Sizin bütün işləriniz və təşəbbüsləriniz həmvətənləriniz, dostlarınız və silahdaşlarınız tərəfindən dəstəklənsin.

Əminik ki, Sizin siyasi xadim və dövlət xadimi, yüksək intellektə, mədəniyyətə və zəngin biliyə malik diplomat kimi təcrübəniz Sizə gələcəkdə də ən mürəkkəb daxili və beynəlxalq problemləri həll etməyə kömək edəcək.

Dərin hörmətlə,

Natiq Ağamirov

Rusiya Notariuslar Assosiasiyasının sədri, professor