Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri, texnika elmləri doktoru, Azərbaycanın Əməkdar Elm Xadimi professor Murad Ömərovdan

16 aprel 2018, 14:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin idarə heyəti və Xarkovdakı bütün Azərbaycan diasporu adından səmimi qəlbdən təbrik edirik.

Sizin həyata keçirdiyiniz müdrik daxili və xarici siyasət sayəsində Azərbaycan ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində sanballı uğurlara nail olub. Həyata keçirdiyiniz uğurlu islahatlar xalqın rifahının yüksəlməsinə, ölkənin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə imkan verib. Sizin xüsusi diqqət və qayğınızı tarixi Vətənimizin hüdudlarından kənarda yaşayan biz azərbaycanlılar da daim hiss edirik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə tükənməz enerji və yeni uğurlar, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayırıq.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Professor Murad Ömərov

Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri,

texnika elmləri doktoru, Azərbaycanın Əməkdar Elm Xadimi