İslam Əməkdaşlıq Təşkilatı gənclər və idman nazirlərinin IV konfransının iştirakçılarına

18 aprel 2018, 15:30

Hörmətli konfrans iştirakçıları!

Sizi – İslam Əməkdaşlıq Təşkilatı gənclər və idman nazirlərinin IV konfransının iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə işlərinizdə uğurlar diləyir və əmin-amanlıq arzulayıram.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduğu ilk illərdən etibarən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən biri kimi bu təşkilatın fəaliyyətində iştirakına xüsusi əhəmiyyət verir və öz xarici siyasət kursunun əsas istiqamətlərindən biri hesab edir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də Azərbaycanın haqlı mövqeyini daim dəstəkləmələri ölkəmizdə həmişə təqdirlə qarşılanır.

Ötən dövr ərzində iqtisadi gücü və siyasi nüfuzu durmadan artan respublikamız xüsusən son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilmişdir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr Azərbaycanın böyük İslam sivilizasiyasının təşəkkülündə özünəməxsus mövqeyinə diqqəti bir daha yönəltmişdir.

Azərbaycan İslam ölkələri gənclərinin həmrəyliyinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Bizim təşəbbüsümüzlə Bakıda 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatı tarixində ilk dəfə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu təsis edilmiş və Forumun birinci iclası da burada keçirilmişdir.

Ölkəmiz idman sahəsindəki əməkdaşlığı da xalqlarımız arasında həmrəyliyin mühüm amillərindən biri hesab edərək bu istiqamətdə mühüm addımlar atmışdır. Biz Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edildiyi 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş, bu oyunların beynəlxalq standartlara tam uyğun və mütəşəkkil keçirilməsinə nail olmuşuq.

Əminəm ki, konfransınız İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənclər və idman sahəsində əməkdaşlığının bundan sonra daha da gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparacaq, qarşılıqlı əlaqələrimizin yeni inkişaf yollarını müəyyən edəcəkdir.

Dərin hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2018-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10