20 aprel 2018, 16:05

Məmmədbağır Bağırovdan, Siyəzən, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Biz – Siyəzən rayonunun Tuğay kəndinin sakinləri Sizə dərin minnətdarlığımızı bildiririk. Ona görə ki, rayonumuzun kəndlərində yollar asfaltlanır, modul tipli məktəblər tikilir, qaz xətləri çəkilir, elektrik təsərrüfatı yenidən qurulur, bir sözlə, infrastruktur yaxşılaşdırılır. Bu işlər bizim kəndimizdən də yan keçmir. Bu, bizdə böyük inam və sevinc yaradır. Bilirik ki, xalqımız rifahı üçün görülən bu işlər Sizin tapşırığınız, sərəncamlarınız və təsdiq etdiyiniz dövlət proqramları əsasında icra olunur.

Əziz Prezidentimiz, bir neçə gün öncə keçirilən prezident seçkilərində sevdiyimiz bir şəxsiyyətə - Sizə səs verdik. Çünki, Sizə və Sizin rəhbərliyinizlə respublikamızın işıqlı gələcəyinə inanırıq.

Dövlətimiz var olsun! Prezidentimiz sağ olsun! Eşq olsun Sizə!

Hörmətlə,

Kənd sakinləri adından

Bağırov Məmmədbağır Heybət oğlu

Böyük Vətən Müharibəsi veteranı,

İlyasov İlyas Əbi oğlu

Əmək veteranı,

Ələsgərov Mahir Ağamməd oğlu

Qarabağ müharibəsi əlili,

Quliyev İlham Əsəd oğlu,

Ələsgərov Soltan Əlbaba oğlu

Qarabağ müharibəsi veteranları və başqaları - cəmi 29 nəfər

Azərbaycan Respublikası, Siyəzən rayonu, Tuğay kəndi.