21 aprel 2018, 17:00

Bibixanım Mirzəliyevadan, Xocavənd, Azərbaycan

Möhtərəm cənab Prezident.

Öncə aprelin 11-də keçirilmiş prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edir və gələcək fəaliyyətinizdə Zati-alinizə yeni-yeni uğurlar arzulayırıq.

Cənab prezident, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə imzaladığınız Fərman olan şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir.

Şəhid ailələrinə hər zaman göstərdiyiniz diqqətə, onların sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyiniz işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, işğal altında olan Qarabağ torpaqlarını Sizin rəhbərliyinizlə yaxın zamanda düşmən tapdağından azad edəcəyik.

Hörmətlə,

Mirzəliyeva Bibixanım.

Azərbaycan Respublikası, Xocavənd rayonu, Kuropatkino kəndi.