Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

23 aprel 2018, 19:28

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”ni “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 974; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1561; 2015, № 9, maddə 1022) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin.

2. 4.9-cu bənddə “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2018-ci il.