Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Rza Vəziridən

24 aprel 2018, 18:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Aprelin 11-də keçirilən prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası adından səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizin yeni dönəmində daha böyük uğurlar arzulayıram.

Əminik ki, Sizin dəstəyiniz və rəhbərliyinizlə gələcək iqtisadi layihələrin reallaşmasında Azərbaycan növbəti böyük addımlarını atacaq.

Apardığınız məqsədyönlü siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı və beynəlxalq əlaqələri dinamik surətdə inkişaf edir. Bu inkişaf Ticarət Palatasının Azərbaycan ilə ABŞ arasında işgüzar əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyəti üçün daha da münbit zəmin yaradır. Sizin səyləriniz sayəsində bunun davamlı olacağına inanır, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,

Rza Vəziri

Vaşinqtonda fəaliyyət göstərən

ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri