25 aprel 2018, 15:45

Zərifə Məmmədovadan, Sumqayıt, Azərbaycan

Əziz Prezidentim.

Mən şəhid ailəsinin üzvüyəm. Sizin ölkəmizə rəhbərliyiniz dövründə - 2012-ci ildə dövlət tərəfindən mənzillə təmin olunmuşam. Təqaüdümü də vaxtında alır, 2 övladımla bu sakit Azərbaycanımızda firavan yaşayıram.

Ölkəmizdə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyəti kimi, biz də ailəliklə Sizə səs verdik və ölkəmizi yenidən Zati-alinizə etibar etdik. Biz Sizə inanır və güvənirik.

Hörmətli cənab Prezident, bir neçə gün bundan əvvəl Siz bizi növbəti dəfə çox sevindirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı Fərmanınızı ürəkdən alqışlayırıq. Allah Sizdən razı olsun, Sizi və ailənizi qorusun.

Hörmətlə,

Məmmədova Zərifə Əhliman qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.