Belizin Baş naziri Din Borroudan

25 aprel 2018, 16:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi, Azərbaycan hökumətini və xalqını Beliz hökuməti və xalqı adından təbrik etməkdən şərəf hissi duyuram.

Xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə və hökumətinizlə əməkdaşlığımızı bundan sonra da davam etdirmək arzusundayam.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Din Borrou

Belizin Baş naziri