“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

07 may 2018, 22:05

Azərbaycan Respublikasının

2018-ci il 3 aprel tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduz formalı, diametri 40 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Guşələri ikitərəfli hamar şüalı olan üst ulduzun üzərində iki tərəfdən konturlanmış dairəvi zolaq yerləşdirilmişdir. Zolağın yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN”, aşağı hissəsində qövs boyunca “XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən sol tərəfdə “1858”, sağ tərəfdə “2018” rəqəmləri həkk olunmuşdur. Yazılarla rəqəmlərin arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.2. Zolağın daxilində üzərində tünd göy minalı fonda səkkizguşəli ulduzun və gəmi sükanının fraqmentləri, gəmi silueti və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir. Dalğaların üzərində “160” rəqəmi həkk olunmuşdur.

2.3. Bütün yazılar, rəqəmlər və elementlər relyefli olaraq, qabarıqdırlar. Səthi hamar olan alt ulduzun guşələrinin arası dalğavari konturla işlənmişdir.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamarsəthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 5 mm enində boz rəngli, mərkəzdən sol və sağ tərəflərə doğru ardıcıl olaraq, 1 mm enində ağ rəngli, 2,5 mm enində mavi rəngli, 6,5 mm enində tünd göy rəngli, 2 mm enində mavi rəngli, 1 mm enində tünd göy rəngli, 1 mm enində mavi rəngli və 2 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.2. Xara lentin yuxarı hissəsinə üzərində dalğalar əks olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04