12 may 2018, 14:00

Mübariz Həmidovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülən sənət adamları arasında bu il 90 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı da var. Bu Sərəncam teatrımızın yaradıcı heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.

Möhtərəm cənab Prezident, Sizin ölkəmizdə mədəniyyətə və incəsənətə göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Azərbaycan teatrı dünyanın ən aparıcı teatrları arasında özünəməxsus yer tutub. Bu qayğı bizi yeni yaradıcılıq uğurları qazanmağa, Azərbaycan teatrını ölkə hüdudlarından kənarda daha böyük uğurla təmsil və təbliğ etməyə ruhlandırır. Əməyimizin tərəfinizdən mütəmadi olaraq yüksək qiymətləndirilməsi bizi hər zaman böyük uğurlar qazanmağa sövq edir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, müstəqil Azərbaycanımızın daha da inkişafı istiqamətində gördüyünüz əvəzsiz işlərinizdə Sizə bol uğur, möhkəm cansağlığı, xalqımızla birgə tezliklə qələbə sevinci yaşamağı arzu edirik.

Hörmətlə,

Həmidov Mübariz, Əməkdar Artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından teatrın direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.