12 may 2018, 14:15

Zenfira Ələsgərova və başqalarından, Bakı, Azərbaycan

Əziz Prezidentimiz.

Sizin 4 may 2018-ci il tarixli Sərəncamınızla Azərbaycanın ayrı-ayrı rayonlarında yaşayan və ömrünü xalçaçılıq sənətinin inkişafına həsr etmiş xalçaçılar “Tərəqqi” medalı ilə təltif olunublar. Təltif edilənlər sırasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarında çalışan xalçaçıların da adları var. 2016-cı ildə Sizin Sərəncamınızla yaradılmış “Azərxalça” ASC-nin Füzuli , Şəmkir, Quba, Ağdam, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax filiallarında peşəkar xalçaçılardan ibarət kollektivlər fəaliyyət göstərir. Filiallarda toxucuların rahat işləməsi, gözəl və keyfiyyətli xalçalar toxuması üçün hər cür şərait var. Sizin xalçaçılığa olan sevginiz və qayğınız sayəsində ölkəmizdə böyük bir xalçaçı ordusu formalaşıb. Sizi əmin edirik ki, bu ordu Azərbaycan xalçasını qorumağa və yaşatmağa qadirdir. Azərbaycan xalçaçılığının inkişafı yolunda öz gücümüzlə, bacarığımızla daim Sizinləyik.

Dərin minnətdarlıq hissi ilə “Azərxalça” ASC-nin toxucuları adından:

Ələsgərova Zenfira Qərib qızı

Hacıyeva Sevinc Kərim qızı

Həsənova Sona Xasay qızı

Xəlilova Sarıtel İsmayıl qızı

Qurbanova Fəridə Musa qızı və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri.