12 may 2018, 15:15

Əliqismət Lalayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin mayın 9-da imzaladığınız “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınız bizə - ömrünü incəsənətə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur.

Səhnə fəaliyyətimizi yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da yaradıcılıq fəaliyyətimizi, bütün qüvvə və bacarığımızı Azərbaycanımızın tanınması və şöhrət qazanması naminə, teatrımızın şərəfli salnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyik.

Biz qürur duyuruq ki, ulu öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır.

Yüksək diqqət və qayğınıza görə bir daha Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Bundan sonra daha uğurlu yaradıcılıq işlərinə imza atacağımıza söz veririk.

Dərin hörmət və minnətdarlıq hissi ilə,

Lalayev Əliqismət, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.