14 may 2018, 17:00

Fəxrim Səlimzadədən, Yevlax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən böyük əminliklə və iftixar hissi ilə deyirəm ki, Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki bu xalqın Sizin kimi müdrik, Vətənini, torpağını sevən, onun adını daim ucaldan Prezidenti var.

Sizi yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uğurlarınız həmişə bol olsun.

Bir müddət əvvəl Sizə ünvanladığım məktuba aidiyyəti üzrə baxılıb və məni narahat edən məsələ müsbət həll olunub. Buna görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Əziz Prezidentimiz, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm. Allah Sizdən və ailənizdən razı olsun.

Hörmətlə,

Səlimzadə Fəxrim Sadiq oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu.