15 may 2018, 13:30

Əsəd Eyvazov və başqalarından, Lənkəran, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Biz - Lənkəran rayonunun Əşlə kəndinin sakinləri Sizə dərin minnətdarlığımızı bildiririk. Son dövrlərdə rayonumuzun kəndlərində yollar asfaltlanır, modul tipli məktəblər inşa olunur, qaz xətti çəkilir, elektrik təsərrüfatı yenidən qurulur. Bir sözlə, kəndlərin sosial infrastrukturu yaxşılaşdırılır. Bütün bu işlər bizim kəndimizdən də yan keçməyib. Bir müddət əvvəl sel sularının dağıtdığı avtomobil körpüsünün yerində yenisinin tikilərək istifadəyə verilməsi nəticəsində sakinlərin rayon mərkəzinə gediş-gəlişi bərpa olunub, yüzlərlə ailə əzab-əziyyətdən qurtulub.

Xalqımızın rifahı üçün görülən bütün bu işlər Sizin tapşırığınız, sərəncamlarınız və təsdiq etdiyiniz Dövlət proqramları əsasında icra olunur.

Əziz Prezidentimiz, biz ötən ay keçirilən prezident seçkilərində sevdiyimiz layiqli şəxsiyyətə - Sizə səs verdik. Çünki Sizə və Sizin rəhbərliyinizlə respublikamızın işıqlı gələcəyinə inanırıq. Dövlətimiz var olsun, Prezidentimiz sağ olsun!

Kənd sakinləri adından dərin hörmətlə,

Eyvazov Əsəd

Quliyev Şahgəldi

Rufullayev Qurbanəli

Eyvazov Ziyafət.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Əşlə kəndi.