17 may 2018, 14:30

Həsən Sadıqovdan, Sumqayıt, Azərbaycan

Əziz Prezidentimiz.

Mənə - elmi-pedaqoji fəaliyyətini gənc nəslin savadlı, elmli, mədəni formalaşmasına sərf edən yaşlı nəslin nümayəndəsi olan bir müəllimə göstərdiyiniz yüksək qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı arzulayıram, xalqımızın, Vətənimizin rifahı naminə genişmiqyaslı və çoxşaxəli fəaliyyətinizdə böyük uğurlar diləyirəm..

Əziz Prezidentimiz, Sizi əmin edirəm ki, ömrümün qalan illərini də tələbə gənclərin təhsilinə, hərtərəfli şəxsiyyət kimi formalaşmasına, onların Vətənə, xalqa, Sizə sadiq böyüməsinə sərf edəcəyəm. Çox sağ olun.

Hörmətlə,

Sadıqov Həsən Şiralı oğlu, professor.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.