18 may 2018, 18:10

Rövşən Hüseynovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Eyni zamanda, bir vətəndaş kimi Sizə təşəkkür etməyi özümə borc bilirəm. Mən əsgər atasıyam. Övladım hazırda hərbi xidmətdədir və bununla fəxr edirəm. Sizin kimi Prezidentim və Ali Baş Komandanım olduğu üçün arxayınam.

Mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu gün keçirilən hərbi andiçmə mərasimində iştirak zamanı gördüklərim əminliyimi daha da artırdı. Bir daha əmin oldum ki, dövlətimizin fəxr ediləsi Ali Baş Komandanı və ordusu var.

Cənab Prezident, orduda olan bu yüksəliş və irəliləyiş Sizin böyük əməyinizin nəticəsidir. Mən bir valideyn kimi Sizə - Silahlı Qüvvələrin Ali Baş Komandanına hər zaman inanıram. Sizə bir daha təşəkkürümü bildirirəm.

Hörmətlə,

Hüseynov Rövşən Fətulla oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Şıxakəran kəndi