Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

23 may 2018, 18:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Gününün yubiley ildönümü münasibətilə böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu əlamətdar hadisə mənə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq, sülh və tərəqqi arzu etmək imkanı verir.

Müasir Azərbaycan özünün sosial-iqtisadi və siyasi inkişafında sanballı uğurlara nail olub. Ölkəniz beynəlxalq arenada layiqli nüfuz sahibidir. Biz Tacikistanda səmimi dostlar kimi Azərbaycanın nailiyyətlərinə sevinirik.

Sevindirici haldır ki, möhkəm tarixi dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri durmadan inkişaf edir. Biz bu münasibətləri Sizinlə birlikdə qətiyyətlə zamanın reallıqlarına uyğun yeni məzmunla zənginləşdirmək əzmindəyik.

Əminliyimi ifadə edirəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərimiz qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına və möhkəmlənməsinə yeni təkan verəcək.

Hörmətlə,

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti