Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan

23 may 2018, 19:19


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası müstəqillik illərində ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş islahatların aparılmasında sanballı uğurlar qazanıb.

Əminəm ki, ənənəvi dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan qardaş Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da durmadan möhkəmlənəcək və xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

Hörmətlə,

Sooronbay Jeenbekov

Qırğız Respublikasının Prezidenti