Koreya Respublikasının Prezidenti Mun Ce-indən

25 may 2018, 18:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Koreya Respublikasının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Təqdirəlayiqdir ki, Azərbaycan müstəqil dövlət kimi son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olmuşdur.

Ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinə və xalqlarımızın Altay dil ailəsinə mənsubluğu kimi ortaq mədəni köklərimizə əsaslanaraq ümid edirəm ki, əməkdaşlığımızın möhkəmlənməsi və dərinləşməsi gələcəkdə daha geniş vüsət alacaqdır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına əbədi firavanlıq arzu edirəm.

Hörmətlə,

Mun Ce-in

Koreya Respublikasının Prezidenti