29 may 2018, 21:00

Qasımov Qaçay və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ötən il Sizin Sərəncamınızla yenidən çəkilən Tərtər–Seydimli-Qaradağlı-Sarov avtomobil yolu biz kənd sakinlərinin rayon mərkəzinə, qonşu kəndlərə gediş-gəlişini asanlaşdırdı. Bu il isə Buruc, Güləbatlı, Xoruzlu, Kəbirli, Bayandurlu və Qaradağlı kəndlərini birləşdirən kəndlərarası avtomobil yolu çəkilir. Bu yol 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.

Cənab Prezident, biz kənd sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Sizin qayğınıza cavab olaraq biz də var qüvvəmizlə və səylə çalışacağımıza söz veririk.

Qasımov Qaçay

Mürsəlov Mürsəl

Mustafayev Adil

Məmişov Rəşid

Qarayev İnqilab.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qaradağlı kəndi.