30 may 2018, 18:50

Teyyub Aslanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, xalqımız üçün əlamətdar bir tarixdə məni və dəyərli sənətkarlarımızı fəxri adlara layiq gördüyünüzə görə qürur hissi keçirir və Sizə sonsuz təşəkkürlərimi bildirirəm.

Siz ulu öndər Heydər Əliyevin yolunu davam etdirərək, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi diqqət yetirir, sənət adamlarına böyük qayğı göstərirsiniz. Ölkəmiz Sizin rəhbərliyiniz ilə mühüm uğurlar qazanıb, apardığınız uğurlu siyasət nəticəsində Azərbaycan mədəniyyəti daha da inkişaf edərək, dünya sivilizasiyasında öz layiqli yerini tutub.

Dövlətimizin mənə göstərdiyi bu etimad, layiq görüldüyüm bu yüksək fəxri ad üzərimə böyük məsuliyyət qoyur. Bundan sonra da öz yaradıcılığımla Azərbaycanın adını daha da yüksəklərə qaldırmaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəm.

Hörmətli cənab Prezident, bir daha Sizə minnətdarlığımı bildirir və müstəqil Azərbaycanımızın daha da inkişaf etməsi naminə fəaliyyətinizdə sonsuz uğurlar arzulayıram.

Hörmətlə,

Aslanov Teyyub Şueyyub oğlu, Xalq Artisti, dosent.

Azərbaycan Respublikası, Bakı şəhəri.