31 may 2018, 16:50

Vamiq Məmmədəliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizə çox sevindim. Son illərdə dünyada baş verən böhranlar fonunda Azərbaycanı düzgün strateji yolla uğurla idarə etməyiniz sayəsində ölkəmizdə hökm sürən iqtisadi, siyasi sabitlik xalqımız üçün çox qiymətlidir. Bu istiqamətdə fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayıram.

Şərqin ilk demokratik respublikasının – Azərbaycan xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilməkdədir. Mayın 27-də imzaladığınız Sərəncam isə demək olar ki, hamımız üçün xoş sürpriz oldu. Belə sıx iş qrafikinizə baxmayaraq, mədəniyyət xadimlərinə də diqqət göstərməyiniz təqdirəlayiqdir. Ən xoş olanı odur ki, musiqi, təsviri sənət, aktyorluq sahələrində çalışan həmkarlarım, o cümlədən mən məhz Xalq Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində fəxri adlara layiq görüldük. Şəxsən mənim üçün bu, olduqca dəyərli və fəxarət hissi keçirdiyim həyat pilləsidir. Ötən 100 illik tariximizin 72-ci baharını yaşayan, sənət fəaliyyətinin 50-ci ilinə qədəm qoyan bir musiqiçi üçün bundan gözəl nə ola bilər?!

Hörmətli İlham Heydər oğlu, Sizə dərin minnətdarlığımı bildirir, prezidentliyinizin növbəti dönəmində möhkəm cansağlığı və uğurlar arzulayıram. Qoy, ölkəmiz növbəti qərinəyə Sizin möhtəşəm töhfələrinizlə qədəm qoysun!

Dərin hörmətlə,

Məmmədəliyev Vamiq Məmmədəli oğlu, Xalq Artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi.