Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan

01 iyun 2018, 17:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, əziz qardaşım.

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Əlcəzair Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi və bütün sahələrdə mövcud olan ikitərəfli əlaqələrin qardaş xalqlarımızın maraqları naminə inkişaf etdirilməsi istiqamətində Sizinlə birgə işləmək əzmində olduğumuzu bir daha vurğulamaq istərdim.

Cənab Prezident, əziz qardaşım, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Əbdüləziz Buteflika

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti