01 iyun 2018, 17:50

Ella Yaqubovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində respublikamızın bir çox mədəniyyət xadimləri ilə yanaşı, məni də “Xalq artisti” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sənətimin belə yüksək qiymətləndirilməsinə və Sizin kimi qayğıkeş Prezidentimizin olduğuna görə şərəf, qürur hissi duyuram.

Cümhuriyyət bayramınız mübarək olsun, cənab Prezident!

Hörmətlə,

Yaqubova Ella İsmayıl qızı, Xalq Artisti.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.