02 iyun 2018, 16:00

Ruslan Süleymanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Gənc, müstəqil respublikamız Sizin sayənizdə gündən-günə inkişaf edir, gözəlləşir, şəhər və rayonların infrastrukturu yenilənir. Qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatında böyük canlanma var. Azərbaycan nəqliyyat potensialını yüksəldərək mühüm tranzit ölkəyə çevrilib. Bu işlər ölkə gənclərində gələcəyə inam yaradır, bizə stimul verir. Gənclərin vətənpərvərlik hissi gündən-günə yüksəlir və onlar ölkəmizlə qürur duyurlar. Əminik ki, Siz Qarabağ məsələsinin həllində də böyük nailiyyətlər əldə edəcəksiniz.

Cənab Prezident, məhbusların sivil qaydada islah olunması və onlara humanist münasibətin bəslənməsi də Sizin rəhbərliyinizlə görülən mühüm işlərin tərkib hissəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığınız əfv Sərəncamı yüzlərlə ailənin sevincinə səbəb oldu. Bu Sərəncama görə Sizə ürəkdən təşəkkür edir, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Allah Sizi – Azərbaycan xalqının liderini qorusun!

Hörmətlə,

Süleymanov Ruslan.

Azərbaycan Respublikası, Bakı şəhəri.