02 iyun 2018, 18:30

Elnur Zeynalovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bir çox sənət adamları kimi, mənim də yüksək fəxri ada layiq görülməyimlə bağlı Sərəncamınızı sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşıladım.

Möhtərəm cənab Prezident, göstərdiyiniz etimada, əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin təşəkkürümü bildirir, Zati-alinizə və ailə üzvlərinizə möhkəm cansağlığı və uzun ömür arzu edirəm.

Hörmətlə,

Zeynalov Elnur, Əməkdar Artist.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.