“Tekfen Holding” şirkətinin İdarə Heyətinin sədri Murat Gigindən

04 iyun 2018, 17:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Milli bayramınız – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Sizi, dost və qardaş Azərbaycan xalqını “Tekfen Holding”in adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Zati-alinizin rəhbərliyi altında dünyada möhkəm mövqelərə sahib olan, böyük uğurlar əldə edən Azərbaycan Respublikasına yüksək rifah diləyir və bunun sevincini hər zaman paylaşır, “Tekfen” Filarmoniya Orkestri tərəfindən bu möhtəşəm yubileyə həsr olunmuş “100 il” adlı konsertin təşkil ediləcəyindən böyük qürur hissi keçirirəm.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Murat Gigin

“Tekfen Holding” şirkətinin İdarə Heyətinin sədri

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10