05 iyun 2018, 14:40

Yusif Eyvazovdan, Vyana, Avstriya

Hörmətli cənab Prezident,

Son illər Azərbaycanın beynəlxalq arenadakı nüfuzu çox yüksək səviyyəyə qalxıb.

Sizin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yürütdüyünüz siyasət sayəsində ölkəmiz artıq bütün dünyada tanınır, sevilir və ona hörmət edilir. Respublikamız digər ölkələrlə birlikdə nəhəng layihələr icra edir.

Cənab Prezident, yaradıcılığımıza verilən yüksək qiymət biz sənət adamları üçün çox əhəmiyyətlidir. Əməyimin doğma vətənim Azərbaycanda yüksək qiymətləndirilməsini görmək hədsiz dərəcədə xoşdur. Mən söz verirəm ki, Azərbaycanı bundan sonra da ən yüksək səviyyədə təmsil edəcək və Sizin tərəfinizdən təltif olunduğum Azərbaycan Respublikasının Xalq Artisti fəxri adını doğruldacağam.

Hörmətlə,

Eyvazov Yusif Vilayət oğlu.

Avstriya Respublikası, Vyana şəhəri.