05 iyun 2018, 18:05

Altun Rəcəblidən, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən gənc bir Azərbaycan vətəndaşı olaraq daim uğurla inkişaf edən, dünya miqyasında öz sözünü deyən bir respublikaya Sizin kimi müdrik liderin rəhbərlik etməsindən qürur duyuram.

2005-ci il sentyabrın 8-də Lerik rayonuna səfəriniz zamanı mənim rəsm əsərlərimdən ibarət sərgidə iştirak etməyiniz, mənə öz doğma övladınız kimi nəvaziş göstərməyiniz yaddaşımda hər zaman xoş xatirə kimi qalacaq. Azərbaycan gəncliyi Sizin daimi diqqət və qayğınızla tam əhatə olunub. Biz əminik ki, gələcəyimiz əmin əllərdədir.

Cənab Prezident, dövlətçilik ənənələrinə sadiq bir gənc kimi hər zaman Sizi dəstəkləyir, ölkəmizə Sizin kimi müdrik liderin rəhbərlik etməsindən qürur hissi keçirirəm.

Allah Sizə uzun ömür versin, atdığınız hər addımda uğur və müvəffəqiyyət Sizinlə, həmçinin doğma vətənimiz Azərbaycanla olsun.

Hörmətlə,

Rəcəbli Altun Mehman oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu.