06 iyun 2018, 16:20

Azad Abbasovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

2016-cı ilin Aprel döyüşləri zamanı düşmənin atdığı raket mərmisi məktəbimizin binasını yararsız vəziyyətə salmışdı. Məktəbimizə və digər obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tapşırıqlarınıza uyğun olaraq təhsil ocağımızın binası əsaslı təmir edildi və bir neçə gün bundan əvvəl istifadəyə verildi. Məktəbimiz müasir standartlara cavab verən avadanlıqla təchiz olunub.

Əziz və möhtərəm Prezidentimiz, məktəbimizin təmir edilməsi və əvvəlkindən də yaxşı vəziyyətdə olması bizi çox sevindirir. Bu sevinci bizə yaşatdığınıza görə məktəbimizin pedaqoji kollektivi, şagirdləri və onların valideynləri adından Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə fəaliyyətinizdə uğurlar diləyirik.

Hörmətlə,

Abbasov Azad Salman oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.