08 iyun 2018, 15:15

Suliddin Qasımovdan, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Ümummilli liderimiz Heydər Əliyev siyasi hakimiyyətə gələndə biz əsgərlər onun qayıdışını səngərlərdə bayram edirdik. Çünki biz bilirdik ki, bu xalqın yeganə xilaskarı məhz odur. İndi də çox sevinirik ki, Ulu Öndərin möhkəm təməllər üzərində qurduğu Azərbaycan Sizin rəhbərliyinizlə gündən-günə güclənir.

Möhtərəm cənab Prezident, Sizin səyləriniz nəticəsində bizim Ağcabədi rayonu və onun kəndləri günbəgün daha da abadlaşır. Xalqımıza göstərdiyiniz qayğı bizi daha da ruhlandırır.

Bütün bunlara görə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxuyur, onun siyasətinin layiqli davamçısına – Sizə, həmçinin ölkəmizin birinci xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.

Hörmətlə,

Qasımov Suliddin Sərvaz oğlu,

2-ci qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi.