08 iyun 2018, 15:40

Cəmil Əmirovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun övladı olmaq mənim üçün şərəfdirsə, onun yolunu davam etdirmək, incəsənət dünyasının nümayəndəsi olaraq bu sahədə iz qoymaq daha məsuliyyətlidir. Azərbaycan xalqı daim mədəniyyətinə, incəsənətinə, dahilərinə, söz və sənət ustadlarına böyük hörmət, ehtiram və sevgi ilə yanaşıb. Bu xalqın övladı olmaq, gözəlliklər diyarı olan Azərbaycanımızda yaşayıb yaratmaq qürurvericidir.

Sənətkar üçün ən böyük dəyər onun sənətinin qiymətləndirilməsidir. Sizin tərəfinizdən “Azərbaycan Respublikasının xalq artisti” fəxri adına layiq görülməyim yaradıcılığıma, həyatım boyu yaratdıqlarıma verilən yüksək dəyər və qiymətdir.

Xalqını, ölkəsini dərin məhəbbətlə sevən, bu sevgidən ilhamlanaraq daim yaratmaq eşqi ilə yaşayan bir bəstəkar olaraq göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Əmirov Cəmil.

Azərbaycan Respublikası, Bakı şəhəri.