“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

11 iyun 2018, 20:15


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167; 2001, № 11, maddə 691; 2002, № 12, maddə 706; 2004, № 3, maddə 133; 2005, № 8, maddə 684; 2008, № 2, maddə 49, № 5, maddə 342; 2010, № 11, maddə 937; 2013, № 5, maddə 482; 2017, № 7, maddə 1261) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin 3-cü hissəsində “ikinci bəndinin” və “dördüncü bəndinə” sözləri, müvafiq olaraq, “2-ci hissəsinin” və “4-cü hissəsinə” sözləri ilə əvəz edilsin.

2. 5-ci maddənin 2-ci hissəsində, 15-ci maddənin 5-ci hissəsində, 16-cı maddənin 2-ci hissəsində, 17-ci maddənin 5-ci hissəsində “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin.

3. 8-ci maddənin 4-cü hissəsində, 9-cu maddənin yeddinci hissəsində, 17-ci maddənin 4-cü hissəsinin ikinci bəndində, 29-cu maddənin 2-ci hissəsinin ikinci bəndində, 32-ci maddənin 5-ci hissəsinin birinci cümləsində, 37-ci maddənin 3-cü hissəsinin birinci bəndində, 41-ci maddənin 3-cü hissəsinin birinci bəndində, ikinci bəndinin birinci və ikinci cümlələrində, 43-cü maddənin 3-cü hissəsində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

4. 14-cü maddənin 3-cü hissəsinin ikinci bəndində “bəndin” sözü “hissənin birinci bəndinin” sözləri ilə əvəz edilsin.

5. 17-ci maddənin 1-ci hissəsində və 4-cü hissəsinin birinci bəndində “üçüncü bəndində” sözləri “3-cü hissəsində” sözləri ilə, 2-ci hissəsində “birinci bəndinin” sözləri “1-ci hissəsinin” sözləri ilə, 4-cü hissəsinin üçüncü bəndində “birinci bəndində” sözləri “1-ci hissəsində” sözləri ilə əvəz edilsin.

6. 24-cü və 25-ci maddələrin 2-ci hissələrində, 37-ci maddənin 2-ci hissəsində “birinci bəndi” sözləri “1-ci hissəsi” sözləri ilə əvəz edilsin.

7. 26-cı maddənin 1-ci hissəsinin ikinci bəndində “birinci bəndinin” sözləri “1-ci hissəsinin” sözləri ilə əvəz edilsin.

8. 27-ci maddənin 1-ci hissəsinin beşinci bəndində və 33-cü maddənin 5-ci hissəsində “ikinci bəndində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin.

9. 33-cü maddənin 3-cü hissəsində “bəndi” sözü “hissəsi” sözü ilə əvəz edilsin.

10. 33-cü maddənin 4-cü hissəsində “bəndinin” və “yarımbəndlərində” sözü, müvafiq olaraq, “hissəsinin” və “bəndlərində” sözü ilə əvəz edilsin.

11. 33-cü maddənin 6-cı hissəsində “ikinci bəndinin 4-cü yarımbəndi” sözləri “2-ci hissəsinin “e” bəndi” sözləri ilə əvəz edilsin.

12. 33-cü maddənin 8-ci hissəsində və 34-cü maddənin 3-cü hissəsində “ikinci bəndi” sözləri “2-ci hissəsi” sözləri ilə əvəz edilsin.

13. 38-ci maddənin 3-cü hissəsində “ikinci yarımbəndi” sözləri “b” hissəsi” sözləri ilə əvəz edilsin.

14. 40-cı maddənin üçüncü və dördüncü hissələri ləğv edilsin.

15. 42-ci maddənin 1-ci hissəsinin 3-cü bəndində hər üç halda “bəndi” sözü “hissəsi” sözü ilə, 4-cü bəndində “bəndin 3-cü yarımbəndində” sözləri “hissənin 3-cü bəndində” sözləri ilə əvəz edilsin.

16. 43-cü maddə üzrə:

16.1. 1-ci hissənin 2-ci bəndində “bəndin 1-ci yarımbəndində” sözləri “hissənin 1-ci bəndində” sözləri ilə, 2-ci hissədə “birinci bəndinin 4-cü yarımbəndi” sözləri “1-ci hissəsinin 4-cü bəndi” sözləri ilə əvəz edilsin;

16.2. 1-ci hissənin 4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“4) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma illik haqq ödəmək.”.

17. 44-cü maddənin 1-ci hissəsində “səlahiyyətli dövlət orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

18. 46-cı maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Müəlliflik mübahisələrindən irəli gələn iddialar üzrə dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il.