13 iyul 2018, 13:30

Kamran Nəzərovdan, Gəncə, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə baş verən son hadisələr hamı kimi bizi də çox təsirləndirdi. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədənlər və onu təşkil edənlər Azərbaycanın müstəqilliyini, onun inkişafını, dünya dövlətləri arasında gündən—günə yüksələn nüfuzunu həzm edə bilməyənlərdir.

Dövlətimizin başçısının səlahiyyətli nümayəndəsinə qarşı terror aktı törədənlər Azərbaycanda siyasi sabitliyi pozmaq, ölkəmizdə hərc-mərclik salmaq istəyənlərdir. Biz "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin kollektivi və Gəncə ictimaiyyətinin nümayəndələri olaraq bu terror aktını qətiyyətlə pisləyir və lənətləyirik. İnanırıq ki, bu cinayəti törədənlər və onun təşkilatçıları qanunla müəyyən edilmiş layiqli cəzalarını alacaqlar.

Hörmətlə,

Nəzərov Kamran.

Azərbaycan Respublikası, Gəncə şəhəri.