13 iyul 2018, 14:00

Nizami Mustafayevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücum bütün gəncəlilər kimi, Gəncə Regional Poçt Filialının kollektivini də təsirləndirdi. Qədim elm və mədəniyyət mərkəzi olan Gəncənin ictimai-siyasi, mədəni həyatında baş vermiş xoşagəlməz hadisədən böyük narahatlıq keçirdiyimizi bildirir, bu əməli ölkəmizdə sabitliyin və əmin-amanlığın pozulmasına cəhd kimi qiymətləndiririk.

Dövlət məmuruna qarşı törədilmiş terror aktı Azərbaycanın müstəqilliyinə, inkişafına yönəlmiş cinayət əməlidir. Bunu edənlər Azərbaycanda siyasi sabitliyi pozmaq, hərc-mərclik yaratmaq, xarici dövlətlər arasında nüfuzdan salmaq istəyənlər, ölkəmizin nailiyyətlərini həzm edə bilməyənlərdir.

Biz ölkəmizin qüdrətinə inanır, onun sabitlik, əmin-amanlıq şəraitində daha böyük nailiyyətlər əldə etməsi üçün Sizinlə birlikdəyik və ətrafınızda sıx birləşmişik. Ölkəmizdə sabitliyin qorunması, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirik.

Allah Sizi qorusun.

Hörmətlə,

Mustafayev Nizami.

Azərbaycan Respublikası, Gəncə şəhəri.