13 iyul 2018, 14:30

Firail Mahmudovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uğurlu siyasətiniz biz gənclərin sabaha ümidini artırır. Azərbaycanda gedən sürətli inkişaf Sizin uğurlu siyasətinizin bariz nümunəsidir.

Biz gənclər Sizinlə fəxr edirik. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni-yeni iş yerləri açılır. Ölkəmizə qoyulan investisiyanın həcmi artır. Bunlar hamısı Sizin yürütdüyünüz məqsədyönlü siyasətin bəhrələridir. Azərbaycan inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək istiqamətində inamla addımlayır. Sizin səyləriniz sayəsində biz gənclər üçün də yeni fürsətlər yaranır.

Neft sektoru ilə yanaşı, digər sahələr də sürətlə inkişaf edir. Hərbi sənaye potensialımız artır. Azərbaycan Qafqazın qabaqcıl ölkəsinə çevrilib. Azərbaycan gəncləri Sizin uğurlu siyasətinizi dəstəkləyir, Zati-alinizə işlərinizdə, idarəçiliyinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırlar.

Möhtərəm cənab Prezident, bir azərbaycanlı kimi Sizinlə fəxr edir, qürur duyuram. Daim var olun, cənab Prezident! Var olun ki, vətənim Azərbaycan da gündən-günə daha sürətlə inkişaf etsin.

Hörmətlə,

Mahmudov Firail Yunis oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu.