14 iyul 2018, 16:00

Amin Kazımovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Xalqımız Sizin həyata keçirdiyiniz daxili və xarici siyasətinizi hər zaman dəstəkləyib və bu gün də dəstəkləyir. Hazırda Azərbaycan sürətlə inkişaf edən, dünya dövlətləri arasında öz sözünü deməyi bacaran və müstəqil siyasət yürüdən bir ölkədir. Görünür bu, bir çox xarici qüvvələri narahat edir və onlar burada qarışıqlıq yaratmaq istəyirlər.

Lerik rayonunun Qələbin kəndinin sakinləri son zamanlar ölkəmizdə baş verən xoşagəlməz hadisələri qətiyyətlə pisləyirlər. Bu hadisələri törədənlər cəzasız qalmır və əminik ki, onların havadarları da öz cəzalarına çatacaqlar.

Əziz Prezidentimiz, biz daim Sizinləyik, Sizi və siyasətinizi hər zaman dəstəkləyirik. Azərbaycandakı xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz.

Tanrı köməyiniz olsun.

Hörmətlə,

Kazımov Amin Əlibaba oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Qələbin kəndi.