16 iyul 2018, 14:30

Emin Çarçıyevdən, Xırdalan, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Biz Azərbaycan gəncliyi daim Sizinləyik, Sizin sərəncamınızdayıq. Heç nə və heç kəs bizim milli həmrəyliyimizi, birliyimizi, ölkəmizdəki sabitliyi və əmin-amanlığı sarsıda bilməz. Biz Sizə, ordumuza və polisimizə güvənirik. Biz gənclər istər sosial şəbəkələr vasitəsilə, istərsə də real həyatda dövlətimiz, millətimiz və Prezidentimiz üçün əlimizdən gələni edirik ki, xarici və daxili düşmənlərə layiqli cavab verək.

Cənab Prezident, Allah Sizi, millətimizi və dövlətimizi qorusun.

Hörmətlə,

Çarçıyev Emin Mehman oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.